Xəbər lenti
Dəmir yumruq » İqtisadiyyat » Büdcə gəlirlərinin 30,7 milyard manat müəyyənləşdirilməsi ölkə tarixində ən yüksək göstəricidir
İqtisadiyyat / 10-12-2022, 21:44

Büdcə gəlirlərinin 30,7 milyard manat müəyyənləşdirilməsi ölkə tarixində ən yüksək göstəricidir

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin yeni redaksiyasına əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat təşkil edir. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təklif edilmişdi.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.

Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat müəyyənləşdirilməsi ölkə tarixinin ən yüksək göstəricisi hesab olunur. Dövlət büdcəsinin xərcləri də 53 milyon 278 min manat artırılaraq 33 milyard 353 milyon 278 min manat müəyyənləşdirilir.

Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat təklif edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.