Dəmir yumruq » İqtisadiyyat » Bank dələduzluğunun növbəti üsulu aşkarlanıb: Müştərilərin nəzərinə
İqtisadiyyat / 8-12-2022, 20:13

Bank dələduzluğunun növbəti üsulu aşkarlanıb: Müştərilərin nəzərinə

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank xidmətlərinin göstərilməsi sahəsində dələduzluq hallarına qarşı mübarizə tədbirlərini və bu sahədə ictimaiyyətin daimi əsasda məlumatlandırılmasını diqqət mərkəzində saxlayır.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, ABA nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qrupu tərəfindən aparılan təhlillər nəticəsində müəyyən edilib ki, bank müştərilərinə aid məlumatlar dələduzlar tərəfindən yeni üsuldan istifadə edilərək müxtəlif formalarda istifadə olunur. Belə ki, dələduzlar tərəfindən bankların Çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zənglər olunur. Bu əsasda bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeləri naminə istifadə edirlər.

Qeyd olunanları nəzərə alaraq Azərbaycan Banklar Assosiasiyası bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.

Bu növ dələduzluq halları ilə qarşılaşdığınız təqdirdə dərhal müştərisi olduğunuz bankla əlaqə saxlamağınızı xahiş edirik.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.