Xəbər lenti
Dəmir yumruq » İqtisadiyyat » Vergiödəyicilərinə 734 minə yaxın məlumatlandırma SMS-i göndərilib
İqtisadiyyat / 6-12-2022, 18:23

Vergiödəyicilərinə 734 minə yaxın məlumatlandırma SMS-i göndərilib

“Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”na uyğun olaraq bəyannamə təqdim etməli olan, lakin əvvəlki hesabat dövrü üzrə müvafiq bəyannaməni vaxtında təqdim etməyən, yeni qeydiyyatdan keçən, tədiyə növü dəyişən, fəaliyyətini dayandıran (aktivləşdirən) və sair məlumatlandırma baxımından riskli hesab edilən vergiödəyicilərinin elektron kabinetlərinə (poçt ünvanlarına) vergi orqanının təşəbbüsü ilə müvafiq məzmunlu məktubların göndərilməsi təmin olunur, digər xidmət kanalları vasitəsilə də məlumatlandırma işləri həyata keçirilir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicilərinin vergi öhdəliklərinin vaxtında icrası, o cümlədən təqdim etməli olduqları bəyannamə və hesabatların vaxtında təqdim edilməsinin təmin edilməsi məqsədilə vergiödəyicilərinə müvafiq öhdəliklərlə bağlı cari ilin 10 ayı ərzində 734 minə yaxın SMS göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.