Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Xəzər dənizində üç “Lukoil” qazma qurğusuna zərbə endirib.
Demiryumruq.az Globalinfo.az-a istinadən xəbər verir ki, Baş Qərargah hücumların həyata keçirildiyini təsdiqləsə də, dəymiş ziyanın miqyası barədə dəqiq məlumat açıqlanmayıb.
Bildirilib ki, Ukrayna müdafiəçiləri Luqansk vilayətində Baraniçevo kəndi yaxınlığında “Buk-M3” zenit-raket kompleksini, Xerson vilayətində isə Novotroitske kəndi ərazisində işğalçı qüvvələrin 49-cu ordusuna məxsus logistika bölməsinin anbarını da vurublar.