Dəmir yumruq » Cəmiyyət » Bu ölkələrə tək şəxsiyyət vəsiqəsi ilə gedəcəyik - Müjdə
Cəmiyyət / Bugün, 13:46

Bu ölkələrə tək şəxsiyyət vəsiqəsi ilə gedəcəyik - Müjdə


  

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində iş aparılır.

Demiryumruq.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

Baş katib qeyd edib ki, Azərbaycan və Türkiyə arasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə, pasportsuz səfər imkanından artıq istifadə olunur:

“Digər türk dövlətləri ilə də bunun mümkün olması üzərində də biz işləyirik. Bu ölkələr Qırğızıstan, Qazaxıstan və Özbəkistandır. Bunu təkcə bir ölkə ilə deyil, birlikdə həyata keçirə bilərik”.

O, sözügedən məsələnin TDT-nin gündəmində olduğunu vurğulayıb.

“İnşallah, bu, bizim gündəmimizdədir. Söhbət beş ölkədən gedir: Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan. Layihənin ən qısa zamanda tamamlanması üçün hazırlıqlar davam etdirilir”.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.