"Azəriqaz" İstehsalat Birliyindən redaksiyamıza şikayət xarakterli məlumat daxil olub.
Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 5 ünvanda qanunsuz sayğac quraşdırılması qeydə alınıb. Apardığımız araşdırmalara görə, yüksək gərginlik altında fəaliyyət göstərən "TƏNDİR" kimi tanınan obiyekt heç bir sənədə sahib deyil.
Qanunla nəzərdə tutulub ki, sənədi olmayan obiyekt və fərdi evlərə heç bir halda qaz sayğacı quraşdırmaq olmaz. Görünən odur ki, dövlət qanunları "Azəriqaz" İstehsalat Birliyinin bəzi əməkdaşları üçün keçərli deyil. Göstərilən ünvanda isə ümumiyyətlə sayğacların quraşdırılması qəti qadağan edilir. Məsələ ilə bağlı qurumun mətbuat katibi Eldəniz Vəliyevlə əlaqə saxlamağa çalışdıq. Ümumilikdə bütün məlumatların cavablanadırılması bir başa ictimayətlə əlaqəli şəxslərin bir başa vəzifə borcudur.
Əfsüslər olsun ki, E. Vəliyevlə heç bir əlaqə qura bilmədik.
Məsələ diqqətimizdədir...
Demiryumruq.az