Dəmir yumruq » Dünya » Rusiyada seçkilər: İlkin nəticələr açıqlandı
Dünya / Bugün, 05:52

Rusiyada seçkilər: İlkin nəticələr açıqlandı

 

Hakim "Vahid Rusiya" partiyası Rusiya Dövlət Dumasına seçkilər çərçivəsində ilk protokolların işlənməsindən sonra partiya siyahısı üzrə səslərin 57,54%-ni toplayır.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası xəbər yayıb.
 
Seçki komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, hazırda protokolların 13,88%-i işlənib.
 
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) seçki məntəqələrindən çıxışda keçirdiyi sorğuların nəticələrinə görə, Dövlət Dumasına seçkilərdə "Vahid Rusiya" (VR) liderlik edir – respondentlərin 49,4%-i onun namizədlərinin siyahısına səs verib. Sonrakı yerlərdə Rusiya Federasiyası Kommunist Partiyasının (14,2%), Liberal Demokrat Partiyasının (10,7%), "Yeni İnsanlar" partiyasının (9,7%) və "Ədalətli Rusiya" partiyasının (6,6%) siyahıları qərarlaşıb.
 
VTSİOM-un ekzit-poll məlumatlarına görə, digər partiyalar 5%-lik seçki baryerini keçə bilmir.
 
Üç günlük səsvermənin başa çatmasına beş dəqiqə qalmış, Moskva vaxtı ilə saat 20:55-də (Bakı vaxtı ilə 21:55) seçici fəallığı 56,66% təşkil edib.
 
Bu göstərici 1993, 2003, 2016 və 2021-ci illərdə keçirilmiş dörd parlament seçkilərindəki seçici fəallığından yüksəkdir. Yekun seçici fəallığı göstəricisi daha sonra açıqlanacaq.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.