Xəbər lenti
Dəmir yumruq » İqtisadiyyat » Sahibkarlarla növbəti görüş Gəncə şəhərində keçiriləcək
İqtisadiyyat / 14-08-2023, 20:15

Sahibkarlarla növbəti görüş Gəncə şəhərində keçiriləcək

 

 “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq.

“Azəriqaz” İB-dənbildirilib ki, aksiya Füzuli parkının qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” avqustun 16-da saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. “Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.