Xəbər lenti
Dəmir yumruq » İdman » “Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç yeni transferə hazırlaşır
İdman / 2-01-2023, 06:11

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç yeni transferə hazırlaşır

Ağdamın “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviç yeni transferə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, İngiltərənin “Everton” klubunda çıxış edən futbolçu “Reyncers”in (Şotlandiya) maraq dairəsinə düşüb.

A.Beqoviç Liverpul təmsilçisində ehtiyat oyunçular skamyasında oturmaqla kifayətləndiyi üçün bu transferin tərəfdarıdır. Çünki Qlazqo təmsilçisi ona əsas heyətdə oynamaq təminatı verib.

Qeyd edək ki, qapıçı 2019-2020-ci il mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”ın heyətində keçirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.