Dəmir yumruq » Cəmiyyət » Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama
Cəmiyyət / Bugün, 10:34

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama


  

 Məktəblərdə vahid geyim qaydalarına riayət olunması təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işinin səmərəli təşkili və nizam-intizamın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu qaydalara əməl olunması məktəb mədəniyyətinin formalaşmasına və təhsil mühitində vahid yanaşmanın qorunmasına xidmət edir.

Demiryumruq.az Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycanın keçmiş təhsil naziri, professor Misir Mərdanov deyib.

O, məktəblərdə vahid geyim qaydalarına riayət olunmasının təhsilin inkişafına xidmət etdiyini bildirib.

Professor qeyd edib ki, təhsil müəssisələrində şagird və müəllimlərin məktəbə müəyyən olunmuş formada gəlməsi təhsilin inkişafına, tərbiyənin və nizam-intizamın möhkəmlənməsinə xidmət səbəb olacaq:

“Unutmamalıyıq ki, məktəb yalnız dərs keçilən yer deyil, həm də şəxsiyyətin formalaşdığı məkandır. Məktəbdə vahid geyim qaydalarına riayət etmək də bu ümumi mədəniyyətin və məsuliyyətin bir hissəsidir”.

Onun sözlərinə görə, məktəbdə vahid geyim qaydalarının qorunması şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, təhsil mühitində qarşılıqlı hörmətin və məktəb mədəniyyətinin güclənməsinə töhfə verir.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.