Xəbər lenti
Dəmir yumruq » İdman » AFFA “Zirə”nin iki futbolçusunu cəzalandırıb
İdman / 23-12-2022, 14:46

AFFA “Zirə”nin iki futbolçusunu cəzalandırıb

AFFA İntizam Komitəsi “Zirə” klubunun iki futbolçusunu cəzalandırıb.

AZƏRTAC xəbər verir ki, Təmkin Xəlilzadə və Hacıağa Hacılı bir oyunluq diskvalifikasiya olunublar. Buna hər iki oyunçunun “Neftçi”yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin cavab oyununun sonlarında ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəb olub. Onların hər ikisi üçün ayrı-ayrılıqda 200 manat ödəniləcək.

“Neftçi” isə 800 manat məbləğində ziyana düşüb. Həmin qarşılaşmada komandanın 6 oyunçusu sarı vərəqə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.