Xəbər lenti
Dəmir yumruq » İdman » Qılıncoynadanımız Fransada keçirilən Qran-Pri yarışında 5-ci olub
İdman / 13-12-2022, 03:00

Qılıncoynadanımız Fransada keçirilən Qran-Pri yarışında 5-ci olub

Fransanın Orlean şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-Pri yarışı keçirilib.

Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirin reytinq favoritlərindən sayılan Anna Başta mübarizəyə əsas mərhələdən başlayıb. İlk görüşündə Qazaxıstan təmsilçisi Tatyana Prixodkoya 15:11 hesabı ilə qalib gələn Anna növbəti görüşündə fransalı rəqibi Faustin Klapieri 15:12 hesabı ilə məğlub edib. Qılıncoynadanımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Fransa sablyaçısı Anne Poupinetdən üstün olub-15:9. Başta yarımfinal uğrunda keçirilən görüşdə İtaliya qılıncoynadanı Çiara Mormileyə 10:15 hesabı ilə uduzaraq yekun sıralamada turnir cədvəlinin 5-ci sırasında yer alıb.

Digər sablyaçılarımızdan Valeriya Bolşakova və Palina Kaspiaroviç də təsnifat mərhələsindən ən güclü 64-lüyə yüksəlməyi bacarıb.

Valeriya 16-lığa kimi irəliləməyi bacarıb. Bolşakova ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşlərdə yapon və çinli rəqiblərinə qalib gəlsə də, 8-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Emura Misakiyə (Yaponiya) 7:15 hesabı ilə uduzub. Misaki final mərhələsinin ilk görüşündə digər təmsilçimiz Palina Kaspioroviçə 15:12 hesabı ilə qalib gəlib.

Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova isə mübarizəni təsnifat mərhələsində dayandırıb. Səbinə qrup səddini uğurla adlasa da, ilk pley-off görüşündə məğlub olub. Sevil Bünyatova və Zərifə Hüseynova isə təsnifat mərhələsinin pley-offuna yüksələ bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.