Messi “Qızıl top”a əsas namizəddir, Kvaratsxeliya ilk 10-luqdadır
Məşhur “Goal” nəşri "Qızıl top" uğrunda mübarizədə favoritlərin yenilənmiş reytinqini dərc edib.
AZƏRTAC xəbər verir ki, PSJ-nin komanda yoldaşı fransalı Kilian Mbappeni əvəzləyən hücumçu Lionel Messi siyahıya başçılıq edir. Yenilənmiş ilk onluqda fransalı hücumçu Antuan Qrizmann da yer alıb.
Nəşrin reytinqində ilk 10-da sıralama aşağıdakı kimidir:
1. Lionel Messi (PSJ);
2. Kilian Mbappe (PSJ)
3. Erlinq Haaland (“Mançester Siti”)
4. Neymar (PSJ)
5. Robert Levandovski (“Barselona”)
6. Vinisius Junior (“Real Madrid”);
7. Kevin de Bruyne (“Mançester Siti”)
8. Məhəmməd Salah (“Liverpul”)
9. Xviça Kvaratsxeliya (“Napoli”)
10. Antuan Qrizmann (“Atletiko”)
Qeyd edək ki, “Qızıl top”un hazırkı sahibi “Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema 20-ci pillədə qalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin