Dəmir yumruq » İdman » “Sabah”la oynamaq üçün Bakıya gələcəklər
İdman / 28-08-2026, 07:30

“Sabah”la oynamaq üçün Bakıya gələcəklər

 

Azərbaycan təmsilçisi “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub.

Demiryumruq.az xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi “Barselona”, Almaniyanın “Borussiya” (Dortmund), İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klublarını qəbul edəcək.

Təmsilçimizin səfərdəki rəqibləri isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” həmçinin Norveçin “Vikinq” komandaları olacaq.

Xatırladaq ki, komandamız avqustun 25-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu 5:2 (ümumi hesab 6:4) hesabı ilə məğlub edərək qitənin ən möhtəşəm turnirinin liqa mərhələsinə vəsiqə qazanıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.