Premyer Liqada yerini "Mingəçevir"lə pley-off matçındakı qələbə sayəsində qoruyan "Qəbələ"də "yarpaq tökümü" davam edir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə klubu daha 2 futbolçusu ilə vidalaşmağa qərar verib.
Müqavilə ilə "Neftçi"yə məxsus olan və icarə əsasında qışdan "qırmızı-qaralar"da çıxış edən 22 yaşlı qapıçı mövsümün sonunda Bakı klubuna dönüb. Onunla yeni müqavilə imzalanmayacaq.
Bundan başqa, fransız legioner Sambu Sissoko "Qəbələ"yə lazım olmayıb. Qış fasiləsində Fransanın "Valansyen" klubundan mövsümün sonuna qədər icarəyə götürülən 26 yaşlı dayaq yarımmüdafiəçisi ümidləri doğrultmayıb. Zədə səbənindən son 7 oyunda heyətdə yer almayan Sambu "Qəbələ" forması ilə cəmi 8 matça çıxaraq 456 dəqiqə meydanda olub.
Xatırladaq ki, "Qəbələ" bundan əvvəl müqaviləsinin müddəti başa çatan İbrahim Sanqare və Rüfət Əhmədovla, həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovla yollarını ayırıb.