Özbəkistan millisi DÇ-2026-ya hazırlıq çərçivəsində ilk yoxlama oyunu keçirib. Rəqib mundialın digər iştirakçısı Kanada millisi olub.
QOL.az xəbər verir ki, Edmontonda keçirilən görüş meydan sahibləri Kanadanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hər iki qol fasilədən sonra vurulub. 58-ci dəqiqədə Conatan Osorio hesabı açıb. Oyuna yekun nöqtəni isə 90+1-ci dəqiqədə Maykl Nelson qoyub.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində Kanada B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə ilə qarşılaşacaq. Özbəkistan isə K qrupunda Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə mübarizə aparacaq.
Özbəkistan DÇ-2026 öncəsi növbəti və sonuncu yoxlama matçını iyunun 8-də Niderlanda qarşı keçirəcək.