Dəmir yumruq » İdman » Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
İdman / 2-06-2026, 08:46

Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu

 

Özbəkistan millisi DÇ-2026-ya hazırlıq çərçivəsində ilk yoxlama oyunu keçirib. Rəqib mundialın digər iştirakçısı Kanada millisi olub.

QOL.az xəbər verir ki, Edmontonda keçirilən görüş meydan sahibləri Kanadanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hər iki qol fasilədən sonra vurulub. 58-ci dəqiqədə Conatan Osorio hesabı açıb. Oyuna yekun nöqtəni isə 90+1-ci dəqiqədə Maykl Nelson qoyub.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində Kanada B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə ilə qarşılaşacaq. Özbəkistan isə K qrupunda Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə mübarizə aparacaq.

Özbəkistan DÇ-2026 öncəsi növbəti və sonuncu yoxlama matçını iyunun 8-də Niderlanda qarşı keçirəcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.