Dəmir yumruq » İdman » Gürcüstan və Ermənistan U-20 dünya çempionatına ev sahibliyi edəcək
İdman / Bugün, 08:59

Gürcüstan və Ermənistan U-20 dünya çempionatına ev sahibliyi edəcək

 

Gürcüstan və Ermənistan birgə şəkildə 2029-cu ildə keçiriləcək FIFA U-20 dünya çempionatına ev sahibliyi edəcək.

QOL.az xəbər verir ki, bu haqda FİFA məlumat yayıb.

Bu qərar Vankuverdə keçirilən qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Ermənistan və Gürcüstanın təqdim etdiyi birgə namizədlik qalib seçilib.

Xatırladaq ki, 2026-cı ildə FİFA-nın U-20 dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.