Dəmir yumruq » İdman » “Turan Tovuz” “Zirə”yə, “Sabah” “Karvan-Yevlax”a qarşı
İdman / Bugün, 09:46

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Karvan-Yevlax”a qarşı

 

Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək.

“Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq. Bu komandaların 1-ci dövrədəki görüşündə heç-heçə qeydə alınıb, 2-ci dövrədə Tovuz təmsilçisi qələbə qazanıb. 

Digər oyunda isə “Sabah” “Karvan-Yevlax”la üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da start götürəcək. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki duellərindən “Sabah” qalib ayrılıb. 

Misli Premyer Liqası, 29-cu tur

27 aprel (bazar ertəsi)

18:00. “Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu

20:00. “Sabah” – “Karvan-Yevlax”
“Bank Respublika Arena”

25 aprel (şənbə)

“Qəbələ” - “Araz-Naxçıvan” - 1:1

 “İmişli” - “Sumqayıt” - 0:2

26 aprel (bazar)

"Neftçi" – "Qarabağ" - 1:5

"Şamaxı" – "Kəpəz" - 2:0 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.