İtaliya və Türkiyə AVRO-2032-yə ev sahibliyi etmək üçün birgə iddia hazırlayıb.
İtaliya Futbol Federasiyası (FIGC) və Türkiyə Futbol Federasiyası (TFF) UEFA-dan 2032-ci ildə keçiriləcək Avropa Çempionatı üçün ayrı-ayrılıqda təkliflərini bir ortaq təklifdə birləşdirməyi xahiş edib.
Qeyd edək ki, iki ölkə bu günə qədər müraciət edən yeganə namizədlərdir. Xatırladaq ki, AVRO-2028-ə ev sahibliyi etmək üçün beş assosiasiya birgə ərizə təqdim edib: İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels.
Mənbə: Oxu.Az