Dəmir yumruq » Hadisə » Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Hadisə / Bugün, 08:11

Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

 

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
 
Demiryumruq.az xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Qaya Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və aparatın əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.
 
Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə Qaraçuxur qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasında 600 ədəd Eldar şamı, 300 ədəd zeytun ağacı əkilib, eləcə də onlar suvarılıb və aqrotexniki qulluq göstərilib. 

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.