Dəmir yumruq » Hadisə » Yanğın meşə işçiləri tərəfindən söndürüldü - Fotolar
Hadisə / 8-10-2026, 21:31

Yanğın meşə işçiləri tərəfindən söndürüldü - Fotolar

  

 

  

Dövlət meşə fondunun ərazisi yanğından qorundu.
 
Bu gün Şamaxı Ağsu  rayonlarının sərhədində Şərədil kəndi yaxınlığında  yanğın hadisəsi qeydə alınıb.
 
6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Şamaxı meşəbəyliyinin 6-cı dolayında, Ağsu dolayı ərazisində, bələdiyyənin örüş sahəsində Dövlət Meşə Fondunun sərhədində yanğın baş verib.
 
Yanğın meşə təsərrüfatı işçilərinin operativ və aktiv müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb. Ərazi dağlıq və sıx meşə zolağı olduğu üçün yanğın kol-kos olan örüş sahəsində vaxtında lakalaşdırılmışdır. 
 
Ağsu və Şamaxı rayonlarının mürəkkəb relyefi olan dağlıq ərazilərində baş verən yanğının vaxtında ram edilməsi meşə və digər təsərrüfatlara ziyan verməsinin, yanğının qalın meşə ərazisinə  keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının qarşısı vaxtında yüksək peşəkarlıqla alınıb. Ağsu çayın sağ tərəfində baş verən yanğın hadisəsi bələdiyyə fondunun torpaq sahəsidir. Meşə zolağı ilə sərhəd olan ərazi tamamilə söndürülüb.
Faktla bağlı araşdırma aparılır. 

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.