Dəmir yumruq » Hadisə » Piyada təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbir keçirildi
Hadisə / Bugün, 05:53

Piyada təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbir keçirildi

 

Piyadaların təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
 
DİN-dən verilən məlumata görö, bu məqsədlə Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən piyadaların məsuliyyətinin artırılması, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə növbəti profilaktik tədbir keçirilib.
 
Tədbir Şıx çimərliyi ətrafında, Bayraq Meydanı yaxınlığında və 20-ci Sahə yaşayış massivində baş tutub. Tədbir zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidləri olduğu halda onlardan istifadə etməyən, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yollarda hərəkət etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan piyadalar müəyyən edilərək saxlanılıblar. Onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi və bunun insan həyatının qorunmasındakı mühüm rolu barədə ətraflı məlumat verilib.
 
Bu istiqamətdə ölkəboyu polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.