Dəmir yumruq » Hadisə » Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir
Hadisə / 30-07-2026, 17:54

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

 

Livan Prezidenti Cozef Aun Türkiyədə səfərdədir.
 
Demiryumruq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankarada Prezident Sarayında keçirilən rəsmi mərasimdə Livan dövlət başçısını Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Ətraflı
 
Mərasimdə Türkiyənin XİN rəhbəri Hakan Fidan və digər yüksəksəviyyəli dövlət rəsmiləri də iştirak ediblər.
 
Qeyd edək ki, görüşdə Türkiyə və Livan arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirə olunacağı gözlənilir. Danışıqların yekununda Ərdoğan və Aunun birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.