Dəmir yumruq » Hadisə » Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı
Hadisə / 8-07-2026, 19:50

Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı

 

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
 
Məlumata görə, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən iyulun 20-dək Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.
 
Təhlükəsizlik tədbirlərinə uyğun olaraq iyulun 8-20-də Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.
 
Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.