Dəmir yumruq » Hadisə » Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
Hadisə / 8-07-2026, 10:54

Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
 
Demiryumruq.az xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə 18 ailə (72 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə (51 nəfər) köçürülüb.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.