Dəmir yumruq » Hadisə » Bakıda avtovağzalın yaxınlığında avtobus yandı - Açıqlama
Hadisə / Dün, 13:41

Bakıda avtovağzalın yaxınlığında avtobus yandı - Açıqlama

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Demiryumruq.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 
Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.
 
Xəsarət alan olmayıb.
 
Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.
 
***
 
Daşıyıcı şirkətdən bildirilib ki, ilkin ehtimala görə, hadisə elektrik sistemində yaranmış yüklənmə səbəbindən baş verib: “Yay rejimi ilə əlaqədar iritutumlu nəqliyyat vasitəsinin elektrik sistemində yüklənmənin olduğu ehtimal edilir. Yanğına da bunun səbəb olması güman edilir. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yanğının səbəbi təyin edilmiş ekspertizanın rəyi açıqlandıqdan sonra tam məlum olacaq”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.