Dəmir yumruq » Hadisə » AAYDA-ya məxsus bu idarələr ləğv edildi - Siyahı
Hadisə / 2-07-2026, 21:17

AAYDA-ya məxsus bu idarələr ləğv edildi - Siyahı

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.
 
Demiryumruq.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.
 
Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:
 
- “Bakı 1 №-li Yol İstismarı” MMC – direktoru Zaur Həmzəyev;
 
- “Bakı 5 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Hüseynov;
 
- “Bakı 6 №-li Yol İstismarı” MMC – direktoru Tural Dəmirli;
 
- “Bakı 7 №-li Yol İstismarı” MMC – direktoru Müşviq İmranov;
 
- “Bakı 8 №-li Yol İstismarı” MMC – direktoru Cabir Qurbanov;
 
- “Bakı 9 №-li Yol İstismarı” MMC – direktoru Natiq İsmayılov;
 
- “Bakı 10 №-li Yol İstismarı” MMC – direktoru Elman Cavadi;
 
- “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Etibar Kərimov;
 
- “17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Şahin Süleymanov;
 
- “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Camal Sadıxov.
 
Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunub. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.