Dəmir yumruq » Hadisə » Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
Hadisə / 2-07-2026, 15:29

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

 

Azərbaycan Dəmir Yolları QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq iyulun 6-31-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
 
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
 
Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.
 
Qeyd edilib ki, sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz. Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.