Dəmir yumruq » Hadisə » Silahlı Qüvvələri Günü münasibətilə Gəncədə baş tutan hərbi yürüşdən - Fotolar
Hadisə / Bugün, 14:11

Silahlı Qüvvələri Günü münasibətilə Gəncədə baş tutan hərbi yürüşdən - Fotolar

 

 

 

  

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Gəncə şəhərində təntənəli hərbi yürüş keçirilib.
 
Demiryumruq.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.
 
Əvvəlcə rəsmilər vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib, Əbədi məşəl abidəsinin önünə gül dəstələri düzüblər.
 
Daha sonra qalib Azərbaycan Ordusunun hərbi qulluqçuları marş sədaları altında şəhərin mərkəzi prospektlərində təntənəli yürüş ediblər. Hərbi orkestrlərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.
 
Yürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.