Dəmir yumruq » Hadisə » Sumqayıtda avtomobil ağaca çırpıldı: 3 nəfər xəsarət aldı
Hadisə / Bugün, 08:13

Sumqayıtda avtomobil ağaca çırpıldı: 3 nəfər xəsarət aldı

 

Sumqayıtda yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Demiryumruq.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində baş verib. İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi “Mercedes-Benz C180” markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər – Zakir İbrahimli, Leyla Maluni və İlkin Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır./ Konkret.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.