Dəmir yumruq » Hadisə » Sumqayıtda 18 yaşlı qız evdə oğlan tanışını bıçaqladı: Son vəziyyəti açıqlandı
Hadisə / Bugün, 09:54

Sumqayıtda 18 yaşlı qız evdə oğlan tanışını bıçaqladı: Son vəziyyəti açıqlandı

 

Sumqayıtda 18 yaşlı qızın bıçaqladığı oğlanın vəziyyəti məlum olub.

Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, iyunun 21-də saat 13:10-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2006-cı il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.

Qarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Sumqayıt şəhərində gənc qız oğlanı bıçaqlayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisindəki mənzillərdən birində baş verib.

Şəhər sakini 2008-ci il təvəllüdlü G.Əfəndiyeva aralarında yaranmış münaqişə zəminində 2006-cı il təvəllüdlü Qismət Şamo oğlu Baxşalıyevə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Əfəndiyeva müəyyən olunaraq saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.