Dəmir yumruq » Hadisə » Odessada enerji infrastrukturu vuruldu — Rusiyanın PUA hücumu
Hadisə / Dünya / Bugün, 07:57

Odessada enerji infrastrukturu vuruldu — Rusiyanın PUA hücumu

 

Rusiya ordusu bu gecə Odessa vilayətinin enerji infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Məlumata görə, Ukrayna HHM qüvvələri dronların əksəriyyətini məhv etsə də, bir neçə hədəf energetika obyektlərinə düşüb.

Nəticədə: enerji infrastrukturu zədə alıb, anbar sahəsi və idarə binası da xəsarət görüb.

Zərər həcmi və enerji təminatında mümkün məhdudiyyətlər araşdırılır.

Məlumatlara görə, ölən və yaralanan yoxdur.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.