Dəmir yumruq » Dünya » Zelenski: Ukrayna hərbçiləri Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır
Dünya / 6-03-2023, 02:42

Zelenski: Ukrayna hərbçiləri Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır

Ukrayna hərbçiləri indi Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Voldimir Zelenski martın 5-də xalqa müraciətində söyləyib.

"Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, - deyə V.Zelenski əlavə edib.

Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdeyevski, Severski, Svatovski, Liman və Zaporojye istiqamətlərində döyüşən hərbçilərə təşəkkürünü bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.