Xəbər lenti
Dəmir yumruq » Dünya » Estoniyada Baş nazirin partiyası parlament seçkilərində qalib gəlib
Dünya / 6-03-2023, 02:39

Estoniyada Baş nazirin partiyası parlament seçkilərində qalib gəlib

Estoniyada parlament seçkilərinin nəticələrinə görə, Baş nazir Kaya Kallasın İslahatçılar Partiyası qalib gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Seçki Komissiyası məlumat yayıb.

Son məlumata görə, İslahatçılar Partiyası 31,9 faiz səs toplayaraq parlamentdə 37 yer əldə edib. İkinci yerdə 16,1 faiz səs toplayan Mühafizəkar Xalq Partiyası 17 mandat qazanıb. İlk üçlüyü 15,3 faiz səs və 16 mandatla Mərkəz Partiyası qapayır.

İlkin hesablamalara görə, seçici fəallığı 64,7 faiz təşkil edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.