Dəmir yumruq » Dünya » Bosniya və Herseqovinadan Türkiyəyə növbəti yardım karvanı yola salınıb
Dünya / 5-03-2023, 14:11

Bosniya və Herseqovinadan Türkiyəyə növbəti yardım karvanı yola salınıb

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün Bosniya və Herseqovinadan növbəti humanitar yardım karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, paytaxt Sarayevodan 40 yük maşını ilə göndərilən yardıma geyim, yorğan-döşək və qızdırıcılar daxildir.

Həmçinin zəlzələdən zərərçəkmiş insanlar üçün maddi yardımların və ianələrin toplanması davam edir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.