Xəbər lenti
Dəmir yumruq » Dünya » Çin müdafiə xərclərini 7,2 dəfə artıracaq
Dünya / 5-03-2023, 14:06

Çin müdafiə xərclərini 7,2 dəfə artıracaq

Çin ötən illə müqayisədə 2023-cü ildə müdafiə xərclərini artıracaq.

AZƏRTAC xəbər verir ki, ölkənin Baş naziri Li Kiqiang Çin Xalq Nümayəndələri Konqresinə (CNC) təqdim etdiyi büdcə layihəsində müdafiə xərclərinin 7,2 faiz artaraq, 1,55 trilyon yuana (təxminən 220 milyard dollar) çatacağını bildirib.

Çin 2022-ci ildə müdafiə xərclərini 7,1 faiz artıraraq 1,45 trilyon yuana çatdırmışdı.

Həmin ilin məzənnəsinə görə 1,45 trilyon yuan 230 milyard dollar olaraq hesablanıb. Bu il artıma baxmayaraq, keçən illə müqayisədə büdcədə təxminən 10 milyard dollar (mində 6) itki olduğu görünür.

Xatırladaq ki, Çin ABŞ-dan sonra müdafiəyə ən çox pul xərcləyən ölkədir.

Ötən ilin sonunda ABŞ Konqresi 2023-cü maliyyə ili üçün 800 milyard dollar müdafiə xərclərini təsdiqləyib.

Müdafiə büdcəsi əvvəlki illə müqayisədə 4,3 faiz artıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.