Xəbər lenti
Dəmir yumruq » Dünya » Yeni Zelandiya yaxınlığında 5 bal gücündə zəlzələ baş verib
Dünya / 4-03-2023, 02:42

Yeni Zelandiya yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadec arxipelaqı ərazisində 5 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 110 min nəfər əhalisi olan Tauranqa şəhərindən 761 kilometr şimal-şərqdə, 19 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.