Rus avanqard rəssamın əsəri hərracda rekord qiymətə satılıb
Rus avanqard rəssamı Vasili Kandinskinin (1866-1944) rəsm əsəri Londonda “Sotheby's” hərracında rekord qiymətə - 37,2 milyon funt-sterlinqə (44,4 milyon dollar) satılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.
"II Murnaudakı kilsə" adlı tablosunu rəssam 1910-cu ildə Bavariyada yay evində yaşayarkən çəkib. Şəklin üzərində müəllifin qeydləri var.
Kandinskinin hərracda satılan əsərlərinə görə əvvəlki rekord 1913-cü ildə yağlı boya ilə çəkilmiş "Ağ xətlərlə rəsm" əsəri olub. Rəsm əsəri 33 milyon funt-sterlinqə (39,4 milyon dollar) satılıb.