Finlandiya Rusiya ilə sərhəddə hasar inşa edir
Finlandiya ölkənin şərqində Rusiya ilə sərhəddə yerləşən İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometr uzunluğunda hasarın tikintisinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizə Xidməti açıqlama yayıb.
Açıqlamada bildirilib ki, sözügedən tikinti işləri meşəlik ərazilərin təmizlənməsi ilə həyata keçirilir. “İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometrlik hasarın çəkilişinə başlanılıb. Mart ayı boyu hasarın quraşdırılmasına başlanacaq. Daha sonra texniki nəzarət işləri aparılacaq. Pilot layihənin iyunun sonunda başa çatdırılması gözlənilir”, - deyə məlumatda qeyd olunur.