Xəbər lenti
Dəmir yumruq » Dünya » Peskov: NATO faktiki olaraq Ukrayna münaqişəsinin iştirakçısına çevrilib
Dünya / 28-02-2023, 02:48

Peskov: NATO faktiki olaraq Ukrayna münaqişəsinin iştirakçısına çevrilib

Şimali Atlantika Alyansı – NATO faktiki olaraq Ukrayna münaqişəsinin iştirakçısına çevrilib və artıq şərti düşmən kimi deyil, Rusiyanın düşməni kimi çıxış edir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiyanın Yeni START Müqaviləsində iştirakını dayandırmasının səbəbləri ilə bağlı “İsvestiya”nın sualını cavablandıran Kreml sözçüsü qeyd edib ki, Rusiya üçün vəziyyət bu sənədin qəbul edildiyi dövrlə müqayisədə kəskin şəkildə dəyişib. Peskovun sözlərinə görə, bu gün NATO faktiki olaraq Ukraynadakı münaqişənin iştirakçısına çevrilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.