Xəbər lenti
Dəmir yumruq » Dünya » Alman rok qrupunun konsertində zəlzələ qurbanları üçün 1 milyon avrodan çox vəsait toplanıb
Dünya / 26-02-2023, 07:17

Alman rok qrupunun konsertində zəlzələ qurbanları üçün 1 milyon avrodan çox vəsait toplanıb

Almaniyan rok qrupu “Die Toten Hosennun” Türkiyə və Suriyadakı zəlzələdən zərər çəkənlərə yardım məqsədilə təşkil etdiyi konsertdə 1 milyon avrodan çox vəsait toplanıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Düsseldorf şəhərində təşkil edilən konsertdən əvvəl satışa çıxarılan biletlər 1 saat ərzində satılıb qurtarıb.

Qrupun aparıcısı, müğənni Campino zəlzələ səbəbindən, yalnız təbii fəlakətdən zərər çəkənlərə yardım etmək üçün belə bir konsert təşkil etdiklərini bildirib: “10 min adamın izlədiyi konsertdən əldə olunan bütün gəlirlər zəlzələnin fəlakətini yaşayanlara bağışlanacaq”.

Qeyd edək ki, bu rok qrupu 1982-ci ildə Düsseldorf şəhərində yaradılıb və hazırda ölkənin ən uğurlu musiqi qruplarındandır. Qrupun fəaliyyəti canlı konsertlərə və ictimaiyyətlə yaxın ünsiyyətə yönəlib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.