Xəbər lenti
Dəmir yumruq » Dünya » Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər
Dünya / 25-02-2023, 02:45

Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin sədrliyi ilə keçirilən Aİ Şurasının iclasında bildirilib.

Yeni sanksiyalar paketinə ikili təyinatlı mallar və texnologiyalar üzrə daha güclü ixrac məhdudiyyətləri, müharibəni dəstəkləyən, təbliğat aparan və ya pilotsuz təyyarələr verən şəxslərə və təşkilatlara qarşı məhdudlaşdırıcı tədbirlər, Rusiya dezinformasiyasına qarşı sanksiyalar və s. daxildir.

Sanksiyalar Aİ Şurası tərəfindən təsdiqləndikdən sonra İttifaqın rəsmi jurnalında dərc olunacaq və qüvvəyə minəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.