Pentaqon Rusiya ilə təmasları qoruyub saxlamağı vacib hesab edir
ABŞ Müdafiə Nazirliyi indiki vəziyyətdə Rusiya və Çinlə təmasları qoruyub saxlamağı vacib hesab edir.
AZƏRTAC xəbər verir ki, bunu cümə günü keçirdiyi brifinqdə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.
"Kommunikasiya kanallarını açıq saxlamaq bütün ölkələr, xüsusən də böyük hərbi arsenallara malik ölkələr üçün mühüm məsuliyyətdir. Buna görə də, biz səylərimizi davam etdirəcəyik” – deyə, Rayder əlavə edib.