Xəbər lenti
Dəmir yumruq » Dünya » AFAD: Hatayda baş verən yeni zəlzələdən sonra 32 ardıcıl təkan qeydə alınıb
Dünya / 21-02-2023, 02:51

AFAD: Hatayda baş verən yeni zəlzələdən sonra 32 ardıcıl təkan qeydə alınıb

Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda bildirilir ki, zəlzələ nəticəsində 3 nəfər həyatını itirib və dağıntılar altında qalanlar var. Təcili Xidmət Mərkəzinə 42 müraciət daxil olub, 213 nəfər ətrafdakı xəstəxanalara yerləşdirilib. Ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.