Xəbər lenti
Dəmir yumruq » Dünya » Ukrayna Dünya Bankından 203 milyon dollar kredit alıb
Dünya / 18-02-2023, 02:48

Ukrayna Dünya Bankından 203 milyon dollar kredit alıb

Ukrayna Böyük Britaniyanın zəmanəti ilə Dünya Bankından 203 milyon dollar məbləğində daha bir kredit alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

"Bu gün Dünya Bankından Ukraynanın dövlət büdcəsinə 203 milyon dollarlıq əlavə maliyyələşdirmənin ikinci hissəsi daxil olub", - Ukrayna Maliyyə Nazirliyinin bəyanatında deyilir. Birinci hissə ilə birlikdə Böyük Britaniya təminatlı kreditin ümumi həcmi 500 milyon dollardır.

Ukrayna Maliyyə Nazirliyindən verilən məlumata görə, bu kredit güzəştli şərtlərlə verilib, ödəmə müddəti 5 il, güzəşt dövrü ilə 18,5 il, faiz dərəcəsi illik 0,25 faiz təşkil edir.

Vəsait uşaqlı ailələrə sosial yardımın ödənilməsinə və dövlət ali təhsil müəssisələrində çalışan işçilərin maaşlarının ödənilməsinə sərf olunacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.