Türkiyədə zəlzələdən 261 saat sonra daha iki nəfər dağıntılar altından sağ çıxarılıb
Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində zəlzələdən 261 saat sonra binanın dağıntıları altından daha iki nəfər sağ çıxarılıb.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, xilas edilən şəxslər 26 yaşlı Mehmet Ali Şakiroğlu və 34 yaşlı Mustafa Avcıdır.
Hər ikisi dərhal xəstəxanaya yerləşdirilib.