Xəbər lenti
Dəmir yumruq » Dünya » Ukrayna XİN: Heç bir ölkədən döyüş təyyarələrinin tədarükü ilə bağlı vəd almamışıq
Dünya / 17-02-2023, 02:40

Ukrayna XİN: Heç bir ölkədən döyüş təyyarələrinin tədarükü ilə bağlı vəd almamışıq

Kiyev indiyədək heç bir ölkədən döyüş təyyarələrinin tədarükü ilə bağlı vəd almayıb.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

"Bununla belə, bəzi ölkələr Ukrayna hərbçilərinə qırıcı təyyarələri idarə etməyi öyrətməyə hazır olduqlarını bildiriblər, digərləri isə bunu tezliklə edəcəklər", - deyə nazir qeyd edib.

Ukraynalı nazir bir daha vurğulayıb ki, ərazi bütövlüyü Rusiya ilə danışıqlara başlamaq üçün zəruri şərtdir.

Bir neçə gün əvvəl Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek Kiyevə qırıcı təyyarələrin verilməsi məsələsinin indi gündəmdə olmadığını bildirib.

Keçən həftə Polşanın Baş naziri Mateuş Moravietski demişdi ki, Ukraynaya mümkün döyüş təyyarələrinin tədarükü ilə bağlı istənilən addım NATO-dan gəlməlidir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.