Xəbər lenti
Dəmir yumruq » Dünya » Hindistan “Airbus”dan 250 sərnişin təyyarəsi sifariş edib
Dünya / 15-02-2023, 02:42

Hindistan “Airbus”dan 250 sərnişin təyyarəsi sifariş edib

Hindistan Hava Yolları artan tələbatı ödəmək üçün “Airbus”a 250 sərnişin təyyarəsi sifariş edib.

AZƏRTAC xəbər verir ki, bu, “Airbus” ilə kommersiya tarixində ən böyük təyyarə alqı-satqı müqavilələrindən biridir.

Hindistan Hava Yollarının sahibi Tata Sons şirkətinin sədri Natarajan Chandrasekaran bildirib ki, onlar “Airbus” ilə 40 geniş gövdəli “A350” və 210 dar gövdəli “A320neo” təyyarəsi almaq üçün razılığa gəliblər.

Çandrasekaran, “Airbus”un baş icraçı direktoru Guillaume Faury, Hindistanın Baş naziri Narendra Modi və Fransa prezidenti Emmanuel Makron təyyarə alqı-satqısı müqaviləsi ilə bağlı videokonfrans keçiriblər.

Fransa Prezidenti Makron sazişi dəyərləndirərkən qeyd edib ki, bu, iki ölkənin dostluq əlaqələrində bir mərhələdir.

Hindistan Prezidenti ölkəsinin qlobal aviasiya sektorunda üçüncü ən böyük bazara sahib olacağını ifadə edib və yaxın 15 ildə 2500 təyyarəyə daha ehtiyac duyacaqlarını bildirib.

Fransanın cənub-qərbində yerləşən Tuluza Avropanın ən böyük aviasiya mərkəzi kimi tanınır və “Airbus”un ən böyük obyektləri, eləcə də şirkətin qərargahı buradadır.

Qeyd edək ki, Hindistan Hava Yolları 2022-ci ilin əvvəlində “Tata Group” tərəfindən satın alınıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.