Dəmir yumruq » Dünya » Tailanda gedən xarici turistlər vergi ödəyəcəklər
Dünya / 15-02-2023, 02:40

Tailanda gedən xarici turistlər vergi ödəyəcəklər

Tailand hökuməti çərşənbə axşamı ölkəyə daxil olan xarici turistlərdən torpaqbasdı vergisi tutulması barədə qərarı təsdiqləyib.

AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, ölkəyə quru sərhədləri ilə gələnlər 150 bat (4.48 dollar ), hava yolu ilə gələnlər isə 300 bata (8.83 dollar) qədər vəsait ödəyəcəklər.

Yeni qanunun təsdiqi bu ilin iyun ayının 1-dən qüvvəyə minəcək.

Tailanda diplomatik pasport və iş icazələri ilə daxil olanlar bu vergidən azaddırlar. Habelə ölkədə bir gündən az vaxt keçirən iki yaşından kiçik uşaqlar və tranzit sərnişinlər də ödənişdən azaddırlar.

Ölkənin Turizm və İdman Naziri hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, nəzərdə tutulan rüsum Tailandda daxili turizmin və sığortanın inkişafına yönəldiləcək.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.